525.Az

Parisdə 42 il sonra ilk göydələn tikiləcək


 

Parisdə 42 il sonra ilk göydələn tikiləcək<b style="color:red"></b>

Paris bələdiyyəsinin Məclisi ölkədə mübahisələrə səbəb olan piramida şəkilli göydələn Trianglenın tikintisinə razılıq verib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi görə, Triangle şəhərdə 1973-cü ildən sonra tikiləcək ilk göydələn olacaq.

Paris bələdiyyəsinin Məclisində keçirilən səsvermədə, şəhərin görünüşünü pozacağı və bu səbəblə də etiraz edilən piramida şəkilli Triangle göydələninin tikintisinə razılıq verilib. Hündürlüyü 180 metr olacaq şüşə görünüşlü piramida göydələn Parisdəki Porte de Versailles sərgi salonlarının olduğu bölgədə tikiləcək.

Parisdəki yeganə göydələn Montparnasse qülləsindən 30 metr daha qısa olacaq Trianglenın tikintisinə şəhərin tarixi görünüşünü pozacağı səbəbidən etiraz edilirdi.

Şəhərdə 1973-cü ildən sonra inşa ediləcək ilk göydələn Triangledə 4 ulduzlu bir otel, konfrans və konsert salonları, mədəniyyət sahələri və xüsusi otaqlar yer alacaq. “Quş yuvası” adı ilə tanınan Pekin Olimpiya Stadionunu inşa edən firma tərəfindən inşa ediləcək Triangle layihəsinin ümumi dəyəri isə təxminən 500 milyon avrodur.

 





01.07.2015    çap et  çap et