525.Az

İndoneziyada baş vermiş aviaqəzada ölənlərin sayı 140-ı keçib


 

İndoneziyada baş vermiş aviaqəzada ölənlərin sayı 140-ı keçib <b style="color:red"></b> İyunun 30-da İndoneziyada “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 141-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Detik News” məlumat yayıb.
 
Ölənlərin hansıların sərnişin, hansıların ekipaj üzvləri olduqları hələlik bəlli deyil. İndiyədək cəmi 5 meyit tanınıb.
 
Xatırladaq ki, iyunun 30-da İndoneziyanın Bunquran adasındakı hərbi bazadan qalxan “Hercules C-130B” təyyarəsi Medan şəhərində qəzaya uğrayaraq hotelin və ətrafdakı evlərin üzərinə düşüb. Təyyarədə hərbçilər və onların ailə üzvləri olub.
 





01.07.2015    çap et  çap et