525.Az

"Ədəbi Azadlıq-2015" Müsabiqəsinin qalibləri açıqlandı


 

"Ədəbi Azadlıq-2015" Müsabiqəsinin qalibləri açıqlandı<b style="color:red"></b>

AzadlıqRadiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2015" Müsabiqəsinin qalibləri açıqlanıb.

Rövşən Danyeri "U döngəsi" hekayəsi ilə müsabiqədə 1-ci olub.

İkinci yeri "Edam" hekayəsi ilə Sevinc Nuruqızı qazanıb.

Ceyhun Gündüz ("Her Şey Yaxşı Olmayacaq") və Qalib Bəhramov ("Şəkil") üçüncü olublar. 

Xatırladaq ki, iyunun 15-i Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2015" Müsabiqəsinin şeir nominasiyası üzrə qalibləri elan edilib.

Müsabiqənin qalibi Könül Həsənqulu olub - "Aqnostik məbədi" və "City life" şeirləri ilə.

İmzasız oxunuş mərhələsində bütün münsiflərdən yüksək ballar alan K.Həsənqulu sonrakı mərhələlərdə də liderliyi qoruyub.

İkinci yerin sahibi Ülvi Bahadırdır - "Əyyaş Əli və Human Rights Watch", "Yaşamaq sindromu" şeirləri ilə.

Üçüncü mükafatları isə Oğuz Ayvaz və Vəfa Qafarova (Mürsəlqızı) qazanıblar.

Azadliq.org

 





29.06.2015    çap et  çap et