525.Az

“Ulduz” jurnalının iyun sayı nəşr olunub


 

“Ulduz” jurnalının iyun sayı nəşr olunub<b style="color:red"></b>

Bugünlərdə “Ulduz” jurnalının iyun sayı işıq üzü görüb.
 
Dərgi akademik İsa Həbibbəylinin ötən nömrə haqqında qələmə aldığı “Geniş yaradıcılıq imkanları və təkamül zərurəti” adlı ekspert yazısı ilə açılır.

Ekspert yazısını şair Ələmdar Cabbarlının özüylə söhbəti və şeirləri izləyir.

Jurnalın “Nəsr” bölümündə  Əlabbasın “Yük”, Mübariz Cəfərlinin “Fırlanma”, Aydın Tağıyevin “Yedək”  hekayələri verilib.

Ənənəvi “Şeir vaxtı”nda Ulucay Akif, İnqilab İsağın şeirləri verilib.

Pərvinin “Lu - pis qız” yazısı da jurnalın bu sayında yer alıb.

Jurnalın Özbəkistan bürosundan Saodat Muhammedova “Müasir Azərbaycan poeziyasının özəllikləri”ndən bəhs edib.

Cahan Gülsün, Pərviz Seyidlinin şeirləri, Nigar Vaqifin yazısı dərginin “Debüt” bölümündə öz əksini tapıb.

Azər Fəraqinin “Mən yoxam. Hər şey odur”, İbrahim İbrahimlinin “Adsız”, Nilufər Şıxlının “Sevgidən heçliyə” yazıları, Babullanın şeirləri də “Ulduz”un iyun sayında oxuculara təqdim edilib.

Oskar Uayldın aforizmləri, Oğuz Atayın “Təhlükəli oyunlar”ı “Tərcümə saatı”ndadır.

Qəşəm Nəcəfzadə “Hücrə” rubrikasında “Qəribin şeirlərindəki  “qəriblik”dən yazıb.

Jurnalın ənənəvi “Dərgidə kitab” layihəsinin budəfəki qonağı şair Elşən Əzimdir. Şair “Yol xəritəsi” ilə oxucuların görüşünə gəlib.

Jurnalı alanlar Hüseynbala Mirələmovun aybkitab layihəsi çərçivəsində nəşr olunmuş “Axirətdən gələn zəng” və Buludxan Xəlilovun “İsmayıl Şıxlı: müəllim haqqında müəllim sözü” kitablarını hədiyyə olaraq əldə edə bilərlər.

S.ABDULLAYEVA

 





27.06.2015    çap et  çap et