525.Az

Hüseyn Bağırov Zaqatalada vətəndaşları qəbul edəcək


 

Hüseyn Bağırov Zaqatalada vətəndaşları qəbul edəcək<b style="color:red"></b> Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Zaqatala şəhərində vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Zaqatala, Balakən, Şəki və Qax rayon sakinləri iştirak edəcəklər.
 
Qəbul iyunun 19-u saat 10-da Zaqatala şəhər 2 saylı orta məktəbində keçiriləcək.
 
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.
 





10.06.2015    çap et  çap et