525.Az

UEFA FIFA-nın seçki konqresini boykot edə bilər


 

UEFA FIFA-nın seçki konqresini boykot edə bilər<b style="color:red"></b> Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) seçki konqresini boykot edə bilər.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı müzakirələr mayın 28-ə təyin olunub.
 
Bundan əvvəl UEFA  korrupsiya qalmaqalı fonunda FİFA-da prezident seçkilərini təxirə salmağa çağırmışdı.
 
Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.
 





28.05.2015    çap et  çap et