525.Az

ADİU-da imtahan sessiyasının gedişi izlənilib


 

ADİU-da imtahan sessiyasının gedişi izlənilib<b style="color:red"></b>

Dünən təhsil üzrə ekspertlər və QHT nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaz imtahan sessiyasının gedişini izləyiblər.

Prosesdə əməkdar elm xadimi, professor, təhsil üzrə ekspert Şahlar Əsgərov, "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Hüseyn İbrahimov  iştirak ediblər.

Professor Şahlar Əsgərov bildirib ki,  ADİU-da imtahan prosesi çox  proqressiv və lideral dəyərlər istiqamətində təşkil edilib. İstər test, istərsə də yazılı imtahanlarda tətbiq edilən yenilikləri müsbət dəyərləndirən professor, tələbələrin çox sərbəst olduqlarına diqqət çəkib.

"XXI əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev bildirib ki, dünyanın bir çox ölkələrində iqtisadiyyat sahəsində ali məktəblər və tədqiqat mərkəzləri aparıcı mövqe tuturlar: "Yüksək səviyyəli kadrların hazırlanması üçün mütləq yaxşı iqtisadiyyat məktəbi lazımdır. ADİU-da təkcə tədris yox, həm də elmin inkişafına böyük diqqət yetirilir. Tələbələrlə söhbət edərkən, gördük ki,onlar imtahan prosesinin şəffaflığını yüksək qiymətləndirirlər. İmtahan zallarındakı müşahidələrimiz bizə onu söyləməyə əsas verir ki,  tətbiq edilən yeni imtahan sistemi, eyni zamanda yazılı imtahanların təşkili, həmçinin nəzarət mexanizmi tələbələrin uğurlu nəticələr göstərmələrinə imkan yaradır. Əminəm ki, bir neçə ildən sonra monitorinq aparılsa, bu tədris prosesini keçən gənclərin böyük əksəriyyətinin əmək bazarında işlə təmin olunduqlarının şahidi olacağıq".

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ADİU-da tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, elmi mühitin gücləndirilməsi, tələbə-müəllim münasibətlərinin yaxşılaşdırılması haqqında müsbət fikirlər səsləndirib.

İnternet Forumunun prezidenti Osman Gündüz əsasən ADİU-da aparılan innovasiyaları yüksək qiymətləndirib. O, ADİU-nun yeni innovativ layihəsi olan Elektron Apellyasiya Müraciətini müsbət dəyərləndirib, layihənin universitetin tələbəsinin hazırlamasına xüsusi önəm verib.

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov imtahanları izlədikdən sonra Azərbaycanda arzuladığımız ali təhsil mühitinin formalaşmasına çox sevindiyini bildirib.

Vəfa MƏMMƏDLİ

 





28.05.2015    çap et  çap et