525.Az

Əzizlərimizin ruhuna ehtiramla...


 

Redaksiyanın poçtundan

Əzizlərimizin ruhuna ehtiramla...<b style="color:red"></b>

Bu günlərdə elə bir hadisə baş verdi ki, ölkənin birinci şəxsindən tutmuş sıravi vətəndaşınadək hər kəsin ümumi kədərinə, dərdinə çevrildi.
 
Tanrı bu millətə dərd verməsin. Amma mən neçə illərdir ki, xalqla dövlətin ümumi kədərinin bir yerdə, bu cür canıyananlıqla bölüşdüyünü görməmişdim. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Avropa oyunları bu faciənin qarşısında bir heçdir" ifadəsi xalqını sevən hər bir kəsin kədərinin üzərinə elə bil su səpdi. Faciədə həyatını itirmiş balaca Fərəhdən tutmuş 14 şəhidimizin, vətəndaşımızın əziz xatirəsini qərənfillər, gül-çiçəklər və şam yandırmaqla əziz tutan hər bir kəsin canıyananlıqla qarşısında baş əyirəm.

Mən də bu rayonun və faciə baş verən mikrorayonun sakiniyəm. Filmlərdə belə görmədiyim o müdhiş hadisənin şahidiyəm. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq o bina hələ də mənim içimdə alovlanır və yəqin ki, nə qədər ömrüm var dönə-dönə alovlanacaq. Yanğın mənim xatirəmdə, yaddaşımda Prometey oğurlayıb insanlara verən odun mahiyyətinə elə bir zədə vurdu ki, mən bu kədəri özümlə qəbir evinə aparasi oldum.

Bizimlə bu kədəri, ümumxalq faciəsini yaşayan bir nəfər də var ki, onun haqqını, onun əməyini itirmək olmaz. Gözlərimizin önündə baş verən və 1-2 ilin içində rayonumuzun, yaşadığım mikrorayonun simasının necə dəyişdiyinin, arzuladığımız şəhərə çevrildiyinin şahidi olmuşuq. Heç bir məmur xalqının belə faciə yaşamasını istəməzdi, o ki qaldı Xaləddin İsgəndərov kimi gördüyü işlərdən sözün həqiqi mənasında fərəhlənən və qürur duyan rayon rəhbərinə. Azmı şahidiyik paranormal hadisələrin? Bu bəlkə də, günü-gündən çiçəklənən ölkəmizə və onun daha çox diqqət çəkən Binəqədi rayonuna dəymiş məchul gözün bir nişanəsi idi.

Baş verənlərə müvafiq qurumların münasibəti necə olacaq bilmirəm, bir onu bilirəm ki, bütün binəqədililər icra başçısı Xaləddin İsgəndərovun rayonumuzla bağlı böyük arzularının sonrasını, davamını bir yerdə yaşamaq, görmək istəyirlər və inanırlar ki, Xaləddin müəllim ruhdan düşməyəcək, abadlıq, quruculuq işlərini yenidən davam etdirəcək.

Ələsgər QURBANOV
Binəqədi rayon sakini

 





28.05.2015    çap et  çap et