525.Az

Ən yaşlı seçicinin adı və yaşı açıqlanıb


 

Ən yaşlı seçicinin adı və yaşı açıqlanıb<b style="color:red"></b>

“Azərbaycanda 5 milyon 93 min 289 nəfər seçicinin 2 milyon 632 min 961 nəfəri qadın, 2 milyon 460 min 328 nəfəri kişidir”.

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan üzrə seçicilərin daimi siyahısının tərtibinə dair keçirilən iclasında MSK sədri Məzahir Pənahov söyləyib.
 
Onun sözlərinə görə, yaş qrupları üzrə ən çox seçici 27-35 və 46-55 yaş qruplarındadır. Müvafiq olaraq bu seçici qruplarında 1 milyon 59 min 738 nəfər və 1 milyon 39 min 868 nəfər seçici var.
 
M. Pənahov bildirib ki, ölkədə yaşı 100 yaş və yuxarı olan 701 nəfər (0,01%) seçici var. Ən yaşlı seçici Zərdab rayon sakini, 1888-ci ildə anadan olmuş 127 yaşlı Bayramova Süfü Mikayıl qızıdır.

 





27.05.2015    çap et  çap et