525.Az

Məqsəd Nurun “Şəhər meri” kitabının Tiflisdə təqdimatı olacaq


 

Məqsəd Nurun “Şəhər meri” kitabının Tiflisdə təqdimatı olacaq<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə Gürcüstanın “İntellekt” nəşriyyatı tanınmış yazıçımız Məqsəd Nurun “Şəhər meri” romanını gürcü dilində çap edib.

Mayın 28-də Tiflisdə açılan Didube Sərgi Mərkəzindəki Beynəlxalq Kitab Festivalı çərçivəsində Məqsəd Nurla görüş, onun "Şəhər meri" romanının təqdimatı və İmza mərasimi keçiriləcək.

Tədbir həmin gün saat  saat 16.30-a nəzərdə tutulub.

İmir Məmmədlinin tərcüməsində nəşr olunan kitabda müasir gürcü ədəbiyyatının tanınmış nümayəndələrindən Givi Alxazişvili, Şota İataşvili və Georgi Kekelidzenin rəyləri yer alıb.

 

 





27.05.2015    çap et  çap et