525.Az

Şirkət direktoru həbs edilib


 

Şirkət direktoru həbs edilib<b style="color:red"></b> “City Devoloper” MMC-nin direktoru Bəkirov Ratmir Əliəşrəf oğlu həbs edilib.
 
R. Bəkirovun vəkili Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R. Bəkirovun barəsində həbs qətimkan tədbiri seçilib.
 
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən cinayət işi başlanılıb.
 
R. Bəkirovun Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olduğu bildirilir.
 





26.05.2015    çap et  çap et