525.Az

Məmmədyarov Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb


 

Məmmədyarov Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, TASS agentliyində keçirilən görüşdə agentliyin baş direktor müavini Mixail Qusman, "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktov, "Veçernya Moskva" qəzetinin baş redaktor müavini Qayaz Alimov, "Komsomolskaya pravda"nın redaktoru Andrey Baranov, "Mir" televiziyasının sədri Radik Batırşin, "Rossiya24" kanalının baş redaktor müavini Aleksandra Voronenko, "İnterfax" agentliyinin baş direktor müavini Aleksey Qorşkov və digər KİV rəhbərləri iştirak ediblər.

İşgüzar nahar yeməyi formatında keçirilən görüşdə Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşlər barədə KİV rəhbərlərini məlumatlandırıb.
 
Daha sonra o, sualları cavablandırıb.

 





26.05.2015    çap et  çap et