525.Az

“Darıxmağın adı” üçün daha bir imza mərasimi - Fotoreportaj


 

“Darıxmağın adı” üçün daha bir imza mərasimi - <b style="color:red">Fotoreportaj</b>

Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc yazar Şəhriyar del Geraninin “Darıxmağın adı” kitabı üçün İmza günü keçirilib.
 
Tədbirdə AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı Elçin Hüseynbəyli, tənqidçi Cavanşir Yusifli, gənc yazarlardan Qan Turalı, Cavid Zeynallı,  şairin qələm dostları, oxucuları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rəşad Məcid Şəhriyar del Geraninin ədəbiyyata gəlişindən danışıb, onun yaradıclığı haqqında fikirlərini bölüşüb:

“Şəhriyarın şeirlərini zaman-zaman saytlarda, sosial şəbəkədə oxumuşam. “525-ci qəzet”də də bir neçə dəfə dərc olunub. Amma şeiri toplu şəkildə, kitab formasında oxumaq, məncə, bir ayrı aləmdir. Bu kitabı oxuyarkən təxminən 25-30 il bundan əvvəl poeziyadan aldığım zövqü yenidən yaşadım. Buna görə Şəhriyara böyük təşəkkür düşür.
 
İstedad Allah vergisidir, yazarın boynuna düşən vəzifə isə bu istedadı qorumaq, onu hərtərəfli inkişaf etdirməkdir. Əgər bunu etməyəcəksə, bacarmayacaqsa, onun əvəzinə heç kəs etməyəcək və digər yüzminlərlə istedad sahibi kimi o da unudulacaq, yaxud ümumiyyətlə, tanınmayacaq”.

C.Yusifli, E.Hüseynbəyli və başqaları da Şəhriyar del Geraninin şeirlərinin məziyyətləri barədə düşüncələrini dilə gətiriblər.

Şəhriyar del Gerani tədbir iştirakçılarına minnətdarlıq edib, kitabına diqqət göstərənlərə təşəkkür ünvanlayıb və oxucular üçün kitab imzalayıb.

Cavid QƏDİR
Foto: Orxan ƏZİM

 





26.05.2015    çap et  çap et