525.Az

Orta məktəbi bitirə bilməyən şagirdlərin imtahan nəticələri açıqlanıb


 

Orta məktəbi bitirə bilməyən şagirdlərin imtahan nəticələri açıqlanıb<b style="color:red"></b> Bakı Şəhəri üzrə Təhsil İdarəsi eksternat qaydasında keçirilmiş imtahanların nəticələrini açıqlayıb.

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə eksternat qaydasında imtahanlar keçirilib.
 
Eksternat qaydasında imtahanlardan müsbət qiymət alan şəxslər 2 iyul tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi buraxılış imtahanlarında iştirak etməlidirlər.
 
Eksternat qaydasında imtahanları müvəffəqiyyətlə keçmiş şəxslərin adları Təhsil İdarəsinin saytında yerləşdirilən siyahıda əks olunub.
 
Qeyd edək ki, adları siyahıda göstərilən şəxslərdən iyunun 23-dən 30-dək (şənbə və bazar günləri istisna olmaqla) Nərimanov rayonu 45 nömrəli tam orta məktəbdən buraxılış vərəqələrini əldə etməkləri xahiş olunur.
 





26.05.2015    çap et  çap et