525.Az

"Fənərbaxça"dan antirekord


 

"Fənərbaxça"dan antirekord<b style="color:red"></b>

Türkiyə superliqasının 33-cü turunda səfərdə "Başakşəhər"lə 2:2 bərabərə qalan "Fənərbaxça" klubu antirekordla diqqət çəkib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanın superliqa tarixində ilk dəfə bir oyunda 4 futbolçusu meydandan qovulub.

Çempionluq iddiasını davam etdirməsi baxımından önəmli matçda qələbə qazanmaq istəyən "Fənərbaxça"dan Mehmet Topuz, Bruno Alveş, Caner Erkin və Pier Vebo qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, çempionluq mübarizəsində əzəli rəqibi "Qalatasaray"a uduzan "Fənərbaxça"nın mövsümü ikinci pillədə başa vuracağı rəsmiləşib.

 





26.05.2015    çap et  çap et