525.Az

"Litva-Azərbaycan gecəsi" gerçəkləşib


 

"Litva-Azərbaycan gecəsi" gerçəkləşib<b style="color:red"></b>

Litva Dövlət Turizm Departamentinin və Litvanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Litva-Azərbaycan gecəsi" adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək, ölkələr arasında turizm mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb.

Nazir müavini Azərbaycanın təbliği məqsədilə Litvada da belə tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

N.Səmədov Azərbaycan ilə Litva arasında turizm əlaqələrinin daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.

Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin də iştirak etdiyi tədbirdə turizmin təbliği ilə bağlı təqdimatlar keçirilib və ikitərəfli turizm əlaqələrinin genişlənməsi üzrə müzakirələr aparılıb.

S.ABDULLAYEVA

 





26.05.2015    çap et  çap et