525.Az

Kamal Abdullanın əsəri Tbilisi səhnəsində


 

Kamal Abdullanın əsəri Tbilisi səhnəsində<b style="color:red"></b>

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi tanınmış yazıçı Kamal Abdullanın "Hərdən mənə mələk də deyirlər" əsərinin tamaşasını hazırlayıb.

Tamaşanın süjet xəttini xeyir və şərin mübarizəsi təşkil edir. Şeytan müxtəlif rənglər, səslər, maddi vəsait hesabına gənc şairi dinindən, dilindən döndərməyə çalışır. Lakin xeyir mələyi gəncin dinindən dönməsinə imkan vermir. Hadisələr xeyir mələyinin qələbəsi ilə başa çatır.

Səhnə əsərində əsas rolları Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorları Şeyla Səfərova, Binəli İslamoğlu, Leyla Qasımova, Namiq Musayev və Vüqar Maşov ifa ediblər. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Azərbaycanın Əməkdar artisti Namiq Valehoğludur.

Premyerada Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

S.ABDULLAYEVA

 





26.05.2015    çap et  çap et