525.Az

Yanğın zamanı xəsarət alanların heç birinin həyati təhlükəsi yoxdur


 

Yanğın zamanı xəsarət alanların heç birinin həyati təhlükəsi yoxdur<b style="color:red"></b> Səhiyyə Nazirliyi Bakıda baş verən yanğın nəticəsində xəsarət alanlar və hazırda müalicəsi davam etdirənlərin vəziyyəti ilə bağlı açıqlama yayıb.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda baş vermiş yanğında xəsarət alan şəxslərdən 10 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirir. 3-ü azyaşlı, 6-sı qadın və bir nəfəri kişi olmaqla hər biri Səhiyyə Nazirliyinin rəhbərliyinin daim nəzarəti altındadır.
 
Xəsarət alanları nazirliyin səlahiyyətli şəxsləri vaxtaşırı ziyarət edir, onların səhhəti, müalicənin gedişatı ilə şəxsən yaxından tanış olurlar. Onlar ixtisaslaşmış mütəxəssislərin tam nəzarəti altındadırlar və heç bir həyatı təhlükəsi yoxdur.
 





25.05.2015    çap et  çap et