525.Az

Polşa prezidentindən İlham Əliyevə başsağlığı


 

Polşa prezidentindən İlham Əliyevə başsağlığı <b style="color:red"></b> Polşa prezidenti Bronislav Komorovski Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı verib.
 
APA-nın məlumatına görə, B. Komorovskinin məktubunda deyilir:
 
“Möhtərəm cənab Prezident, Bakıda yaşayış binasında baş vermiş yanğının faciəvi nəticələri barədə məlumat məni sarsıtdı.
 
Polyak xalqı adından və şəxsən öz adımdan Sizə və bu faciədə zərər çəkmiş şəxslərə dərin kədərimi bildirirəm. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, faciədə yaralananlara isə şəfa diləyirəm”.
 





25.05.2015    çap et  çap et