525.Az

Dövlət Sərhəd Xidməti külli miqdarda narkotiki müsadirə edib


 

Dövlət Sərhəd Xidməti külli miqdarda narkotiki müsadirə edib<b style="color:red"></b> Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
 
Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd boyu zonada keçirilən rejim tədbirləri nəticəsində 1 ədəd bağlamada külli  miqdarda­ 7 kiloqram 045 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram  həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.           
 
Faktla bağlı araşdırma aparılır.
 





25.05.2015    çap et  çap et