525.Az

“Rusiya Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri sırasında görür”


 

“Rusiya Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri sırasında görür”<b style="color:red"></b> “Rusiya Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri sırasında görür”.

APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra bildirib.
 
S. Lavrov, hər iki tərəfin qəbul edə biləcəyi razılaşmaların əldə olunması istiqamətində axtarışlara dəstək verməyə davam edəcəklərini söyləyib: “Münaqişənin çox uzandığını heç kəs inkar etmir. Razılaşma üçün real baza var və bunu hamı etiraf edir. İndi bu qarşılıqlı anlayışın konkret məzmuna çevrilməsinə ehtiyac var”.
 
E. Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin notları bölüşdüyünü vurğulayıb: “Problem var və onu həll etmək lazımdır. Bunun vaxtı çoxdan yetişib”.
 





25.05.2015    çap et  çap et