525.Az

Luizianada Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbir


 

 Luizianada Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbir<b style="color:red"></b>

ABŞ-ın Luiziana ştatının Senat və Nümayəndələr Palatasının üzvlərinin iştirakı ilə paytaxt Baton Ruj şəhərində Azərbaycanın Respublika Gününə həsr edilmiş tədbir keçirilib.

APA-nın xəbərinə görə, “Azərbaycan  Dostlarının Assambleyası” (AFAZ) tərəfindən təşkil olunmuş tədbir ştatın qanunverici orqanının binasında baş tutub.

Tədbirdə ştat qubernatorunun müavini (“Lieutenant Governor”) Elbert Li Qullori, Senat üzvləri Fransis Tompson və Qerald Lonq, Nümayəndələr Palatasının üzvləri Kley Şiksnayder, Co Harrison və Roy Burrel iştirak ediblər.
 
Elbert Li Qullori çıxışında 1983-cü ildə Azərbaycana səfər etdiyini xatırladıb, azərbaycanlıların xüsusi qonaqpərvərliklə seçildiklərini və məhz bu xüsusiyyətin onu Azərbaycana bağladığını qeyd edib. 

O, Əfqanıstandakı hərbi əməliyyatlar zamanı məhz Azərbaycanın roluna görə yüzlərlə ABŞ əsgərinin həyatının xilas olduğunu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayıb.
 
Tədbirdə iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Natiq Baxışov Azərbaycan-ABŞ münasibətləri, ölkələrimizin enerji və beynəlxalq təhlükəsizlik sahələrindəki birgə əməkdaşlığı barədə məlumat verib.

 





25.05.2015    çap et  çap et