525.Az

Hindistanda anomal istilər nəticəsində 335 nəfər ölüb


 

Hindistanda anomal istilər nəticəsində 335 nəfər ölüb<b style="color:red"></b>

Son bir neçə gündə Hindistanda müşahidə olunan anomal istilər nəticəsində 335 nəfər dünyasını dəyişib.

APA-nın “The Times of India” nəşrinə istinadən verdiyi məlumata görə, havanın temperaturu atmaqda davam edir.
 
Ən qızmar hava Hindistanın cənub ştatlarında – Andxra-Pradeş və Telanqanada qeydə alınıb. Burada havanın temperaturu normanı 5-7 dərəcə keçərək, 48 dərəcəyə yüksəlib. Mayın 23-də - gün ərzində bu ştatlarda 135 nəfər istidən ölüb.  Bir çox rayonda müşahidə olunan su çatışmazlığı vəziyyəti daha da çətinləşdirir. 
 
Bundan əvvəl Telanqana ştatında temperatur rekordu 1947-ci ildə qeydə alınıb – 47,2 dərəcə. 
 
Havanın temperaturunun 40 dərəcəni keçməsi Hindistanda quraqlıq mövsümü üçün xarakterikdir. Hindistanda quraqlı mövsümü martdan iyuna qədər müşahidə olunur.

 





25.05.2015    çap et  çap et