525.Az

"Ümumi təhsilə yalnız ali təhsilə hazırlıq üçün mövcud olan sistem kimi baxmaq yanlışdır"


 

"Ümumi təhsilə yalnız ali təhsilə hazırlıq üçün mövcud olan sistem kimi baxmaq yanlışdır"<b style="color:red"></b> "Azərbaycanda ümumi təhsil məktəbinə və sisteminə yalnız ali təhsilə hazırlıq üçün mövcud olan sistem kimi baxmaq kökündən yanlış bir yanaşmadır".
 
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, ümumi təhsil və məktəb insanı həyata hazırlamaq məqsədi daşıyır.
 
Nazir qeyd edib ki, təbii olaraq burada həm ali məktəbə, həm əmək bazarına, həm müstəqil fəaliyyətə, həm elmi fəaliyyətə hazırlıq nəzərdə tutula bilər:

“Bu nöqteyi-nəzərdən ümumtəhsil sisteminin son illərinə yalnız ali təhsilə hazırlıq kimi baxmırıq. Təhsil hüququ Azərbaycanın Konstitusiyası ilə nəzərdə tutulmuş və dövlət tərəfindən tam şəkildə təmin edilən hüquqdur. Hər bir Azərbaycan vətəndaşının layiqli və keyfiyyətli təhsil almaq hüququ var və ölkəmizdə bu hüquq tam şəkildə təmin olunur”.
 





25.05.2015    çap et  çap et