525.Az

“Sarkisyan təşvişə düşüb...”


 

“Sarkisyan təşvişə düşüb...”<b style="color:red"></b>

“Latviyanın paytaxtı Riqa şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı və Azərbaycanın ünvanına səsləndirdiyi sərsəm fikirlər sammit iştirakçılarını və dünya ictimaiyyətini aldatmağa yönəlib”.

Bunu “525”ə açıqlamasında Milli Məclisin (MM) deputatı Tahir Rzayev dilə gətirib. 

Onun dediyinə görə, Avropanın, eləcə də dünyanın Ermənistanı təcavüzkar bir ölkə kimi tanıdığı, ancaq çox təəssüflər olsun ki, təcavüzkar barədə tədbir görmədiyi bir halda Ermənistan prezidentinin  “Azərbaycanın addımları region üçün təhlükədir, bu Avropa partnyorları tərəfindən cavabsız qalmamalıdır” deməsi həm riyakarlıqdan, həm də erməni rəhbərinin qorxduğundan, təşvişə düşməsindən xəbər verir.

O, qeyd edib ki,  çünki Azərbaycanın dövlət rəhbəri cənab İlham Əliyev dəfələrlə bildirib ki, torpaqlarımız azğın düşməndən azad olunmalıdır və bunun üçün hər bir vasitədən istifadə ediləcək.
 
T. Rzayevin sözlərinə görə,  məhz Azərbaycan prezidentinin qətiyyəti, ölkənin inkişafı, dünyada söz sahibi olması, ordumuzun güclənməsi S. Sarkisyanın narahatçılığına, belə sərsəm bəyanatlarla çıxış etməsinə səbəb olub və bu təşviş başadüşüləndir. 

“Ancaq bu bəyanatlar Azərbaycanı öz mövqeyindən geri çəkilməyə vadar edə bilməz və belə sərsəm çıxışların heç bir əsası yoxdur. Sözsüz ki, xalqımız Ermənistana öz yerini göstərəcək, şəhidlərimizin ruhu sevinəcək və torpaqlarımız işğaldan azad ediləcək”-deyə, o, daha sonra sözlərinə əlavə edib. 

Kamil HƏMZƏOĞLU

 





23.05.2015    çap et  çap et