525.Az

Tbilisidəki sərgidə “Azərbaycan guşəsi”


 

Tbilisidəki sərgidə “Azərbaycan guşəsi” <b style="color:red"></b>

Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən Tbilisidəki Qafqaz Evində “Dialoq və inkişaf üçün dünya mədəniyyəti rəngarəngliyi günü” adlı sərgi keçirilib.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də bu sərgidə təmsil olunub. Muzeyin əməkdaşları ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə “Azərbaycan guşəsi” hazırlayıblar. Guşədə ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, təbii sərvətlərini əks etdirən kitablar, rəsm əsərləri, misgərlik və toxuculuq nümunələri nümayiş olunub.

Muzeyin direktoru Leyla Əliyeva Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadzeyə dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının gürcü dilinə tərcümə edilmiş nüsxəsini hədiyyə edib.

Sərgi çərçivəsində Gürcüstanda yaşayan etnik azlıqlar - kistinlər, çeçenlər, osetinlər, azərbaycanlılar, yəhudilər, çexlər, almanlar, latışlar və digər xalqların nümayəndələri öz mədəniyyətlərini təqdim ediblər.

 





23.05.2015    çap et  çap et