525.Az

Hüseyn Cavid irsinin gənc nəslin tərbiyəsində rolu geniş araşdırılacaq


 

Hüseyn Cavid irsinin gənc nəslin tərbiyəsində rolu geniş araşdırılacaq<b style="color:red"></b>

Bu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyinin təşkilatçılığı ilə “Hüseyn Cavidin əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Ev-muzeyindən bildirilib ki, konfrans H.Cavidin anadan olmasının 133-cü ildönümünə həsr edilib.

Konfransa “Hüseyn Cavidin dini, fəlsəfi-əxlaqi, pedaqoji görüşləri yeni nəslin düşüncə konsepsiyası kimi”, “Hüseyn Cavidin ədəbi-bədii irsinin didaktik əhəmiyyəti”, “Hüseyn Cavid ideyaları milli tərbiyəvi idealın reallaşdırılması müstəvisində”, “Hüseyn Cavidin ideya-mənəvi düşüncə tərzi məktəblilərin bədii-estetik zövqünün formalaşdırılması metodu kimi”, “Ədəbiyyatın və dilin tədrisində mənəvi dəyərlər problemi (Hüseyn Cavid yaradıcılığının öyrənilməsi və öyrədilməsi kontekstində)” və digər mövzuları əhatə edən məruzələr təqdim oluna bilər.

 





23.05.2015    çap et  çap et