525.Az

“Azərbaycan mətbəxi: dadsonrası dad” göstərilib


 

“Azərbaycan mətbəxi: dadsonrası dad” göstərilib <b style="color:red"></b>

Mayın 22-də Azərbaycan Dövlət Film Fondunda “Azərbaycan mətbəxi: dadsonrası dad” adlı sənədli filminin KİV nümayəndələri üçün nümayişi olub.

Fondun mətbuat xidmətindən bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında çəkilmiş bu film “Milan Expo-2015” sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirilmək üçün nəzərdə tutulub.

Sənədli filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixindən və zənginliyindən bəhs olunur.

Bu mənada, film Azərbaycanın mədəni irsinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün ölkəmizin cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə, operatoru Nizami Abbas, elmi məsləhətçisi Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

 





23.05.2015    çap et  çap et