525.Az

“Yüksəliş” sənədli filminin təqdimatı olacaq


 

“Yüksəliş” sənədli filminin təqdimatı olacaq<b style="color:red"></b>

Mayın 26-da Nizami Kino Mərkəzində görkəmli rejissor, Xalq artisti Vasif Babayevin “Salnamə” studiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Yüksəliş” adlı tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən “Azərtac”a bildirilib ki, film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına sədrlik etmiş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri - akademiklər Arif Paşayev və Arif Mehdiyev, ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərovdur.

Ekran əsərində 1970-1980-ci illərin xronikasını operatorlar Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov canlandırıblar. Filmin redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

 





23.05.2015    çap et  çap et