525.Az

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə inamın göstəricisidir


 

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə inamın göstəricisidir<b style="color:red"></b>

Avropa Oyunlarına sayılı günlər qalıb, biz bu tarixi hadisənin iştirakçılarıyıq.  Hər bir Azərbaycan gənci kimi mən də birinci Avropa Oyunlarını böyük səbrsizliklə gözləyirəm. I  Avropa Oyunlarının Azərbaycanda keçirilməsi elə ölkəmizə göstərilən böyük etimadın, inamın göstəricisidir. Sevindirici hal isə oyunların təkcə paytaxtda deyil, ölkəmizin hər yerində coşqu ilə, bayram əhval-ruhiyyəsi ilə qarşılanmasıdır. Biz gənclərə bu sevinci bəxş edən cənab prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Qeyd edim ki, YAP Gənclər Birliyinin aktiv üzvlərindən ibarət sosial şəbəkələrdə mobil qrup yaradılıb, həmin qrupda gənclər daima məlumatlandırılaraq, öz fəaliyyətlərini daha da artırırlar. Avropa Oyunlarına hazırlıqlar, yeni istifadəyə verilmiş idman kompleksləri, yeni çəkilmiş videoroliklər və şəkillərlə bağlı mövzular, "Baku 2015" "Hello Baku" "European Games" haşdağı ilə "Facebook", "Twitter" və "İnstagram" üzərindən yerləşdirərək, Azərbaycanın tanıtımını həyata keçirirlər.

 Avropa Oyunları qabağı Azərbaycanı istəməyən qüvvələrin fəallaşması da hiss olunur. Təbii ki, bu fəallaşmalar əbəs yerədir, onların qarşısında Azərbaycan gəncliyi dayanıb. Azərbaycan müstəqil siyasət yeridir və istənilən məqamda öz sözünü deyir. Bu da həmin qüvvələrin istəyinə uyğun deyil və onlar Azərbaycanı tam müstəqil görmək istəmirlər. Ona görə hər vəchlə bunun qarşısını almağa çalışırlar. Təbii ki, qarayaxma kampaniyası aparan qara qüvvələr bu arzularına çata bilməyəcəklər.  Güclü inkişaf edən, regionda liderə çevrilmiş bir dövlətə qarşı çirkin kampaniyanın aparılması yolverilməzdir. Bu kampaniya onu aparanlara başucalığı gətirməz. Müasir beynəlxalq münasibətlər sistemində əslində bu, utancgətirən bir prosesdir. Halbuki, indiki dövrdə bütün proseslər açıq və şəffaf olmalıdır. Belə məkrli planların həyata keçirilməsi onların özünün imicinə mənfi təsif göstərir və onlara olan inamı azaldır.

Zaman gedir, Azərbaycan inkişaf edir və bundan sonra da inkişaf edəcək. "Avroviziya" mahnı yarışmasında olduğu kimi, I Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək. Çünki bu oyunların keçirilməsində Azərbaycana dəstək verən insanlar həddindən artıq çoxdur. Bu oyunların keçirilməsində bizə dəstək olan birinci növbədə xalqımız, dövlətimizin iradəsidir. Azərbaycan xalqı ilə prezidenti bir-birinə çox möhkəm dayaqdırlar. Ona görə də heç bir xarici qüvvə, I Avropa Oyunlarının keçirilməsinə kölgə sala bilməyəcək, bu möhtəşəm tədbir bir daha bütün dünyaya Azərbaycanın nəyə qadir olduğunu nümayiş etdirəcək.

Elmar MƏMMƏDOV 
YAP Gənclər Birliyinin şura üzvü 

 





23.05.2015    çap et  çap et