525.Az

“Anti-Azərbaycan kampaniyası qərəzdən qaynaqlanır”


 

“Anti-Azərbaycan kampaniyası qərəzdən qaynaqlanır” <b style="color:red"></b>

“Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qıcıqlanan müəyyən dairələr var”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. 

“Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Bu Oyunlar çərçivəsində bütün dünyanın diqqətini çəkən möhtəşəm idman yarışları olacaq”- deyən, A.Rəhimzadə bildirib ki, Azərbaycan idman sahəsində güclü maddi-texniki baza yaradıb.  Eyni zamanda, peşəkar mütəxəssislərin də hazırlandığını deyən komitə sədrinin fikrincə, ilk Avropa Oyunları  Azərbaycanı dünyada daha da yaxşı tanıdacaq: “Bu tədbir çərçivəsində ölkəmizə gələn qonaqlar Azərbaycan həqiqətlərinin əyani şahidi olacaqlar”. A. Rəhimzadə deyib ki, Atəşgah məbədindən başlanğıc götürən məşəl bütün Avropa ölkələrində hərəkət edəcək: “Amma təəssüf ki, bu tədbirin ölkəmizdə keçirilməsindən qıcıqlanan müəyyən dairələr var.
Ümumiyyətlə, Azərbaycana qarşı aparılan böhtan kampaniyasının bir neçə səbəbi var. Burada Ermənistan hökumətinin və diasporasının fəaliyyətini də inkar etmək olmaz. Möhtəşəm hadisələr baş verərkən onlar daha da fəallaşırlar və Azərbaycana zərbə vurmaq istəyirlər. Təbii ki, onların öz maraqları var. Demək olmaz ki, bu tək Ermənistan hökumətinin göstərişinin fəaliyyəti nəticəsində baş verir. Biz bu kimi kampaniyalara gərək hazır olaq. Artıq neçə ildir ki, bu məsələ davam edir. Ona görə də biz səfərbər olmalıyıq. Azərbaycan xalqı yekdil olmalıdır və olur da. Biz fəal işimizlə qərəzli kampaniyaya qarşı cavabımızı verməliyik. Sevindirici haldır ki, ictimaiyyətimiz bu baxımdan çox fəaldır”.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev  isə deyib ki,  Avropa Oyunları ərəfəsində başlanan anti-Azərbaycan kampaniyası qərəzdən, gözü götürməməkdən qaynaqlanır. “Azərbaycana qara yaxmağa çalışanların hərəkətləri əbəsdir”. A.Abiyevin fikrincə, həmin dairələr belə əməllərlə özlərini biabır edirlər.  O qeyd edib ki, çünki təmiz, yaxşı olana ləkə yapışmır: “Onlar I Avropa Oyunlarını keçirən Azərbaycana qara yaxmağa çalışmaqla dünya olimpiya hərəkatından xəbərsiz olduqlarını göstərirlər. İdman sülhdür. Azərbaycan da idman yarışı keçirir.

Özü də Avropa qitəsinin ilk olimpiya oyunlarını keçirir. Azərbaycan Avropa dövlətlərini bir yerə toplayaraq dostluq, qardaşlıq müstəvisində, idman meydanlarında yarışlar keçirəcək. Bu oyunlar təkcə bizim yox, bütün Avropanın bayramıdır. Azərbaycan Avropaya bayram hazırlayır”.

K.Həmidov

 





23.05.2015    çap et  çap et