525.Az

Ukraynada deputat güllələnib


 

Ukraynada deputat güllələnib<b style="color:red"></b> Ukraynada Slavutiç şəhər Sovetinin deputatı, UDAR partiyasını təmsil edən Anatoli Qladçenko silahlı hücuma məruz qalıb.
 
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, deputat ağır vəziyyətdə Kiyev xəstəxanalarının birinə çatdırılıb. Onun tezliklə əməliyyat olunacağı bildirilir.
 
Qeyd olunur ki, naməlum şəxs yaxın məsafədən travmatik tapançadan A. Qladçenkonun üz nahiyəsinə iki dəfə atəş açıb.
 





23.05.2015    çap et  çap et