525.Az

YAP deputatlığa namizədlərlə bağlı avqust ayında yekun qərar verəcək


 

SİYAVUŞ NOVRUZOV: "İŞLƏR ARDICIL ŞƏKİLDƏ-SİSTEMATİK OLARAQ GEDİR"

YAP deputatlığa namizədlərlə bağlı avqust ayında yekun qərar verəcək<b style="color:red"></b>

"Qarşıdan gələn növbəti parlament seçkiləri və bu seçkilərdə irəli sürüləcək namizədlərlə bağlı işlər partiyamızın proqramına uyğun gedir".

Bunu "525"ə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dilə gətirib.

"Düzdür, indi biz öz qüvvələrimizi əsasən Avropa Oyunları ilə əlaqədar  səfərbər etmişik, amma bununla paralel olaraq,  yerlərdə seçicilərin siyahısının dəqiqləşdirilməsi, dairələrin ərazilərinin öyrənilməsi, oradakı problemlərin həlli və sair məsələlər ilə də məşğuluq"-deyən YAP rəsmisinin sözlərinə görə, həmçinin, yerlərdə  hazırda YAP-ı təmsil edən deputatların fəaliyyəti ilə də əlaqədar müxtəlif tədqiqat işləri, araşdırmalar, təhlillər aparılır.
 
"Belə demək mümkünsə, bu işlər ardıcıl şəkildə-sistematik olaraq gedir. Hər məntəqəyə üç nəfər təhkim etmişik ki, bu üç nəfər artıq hansı işləri görəcək, yəni, onlarla bağlı tapşırıqlar verilib.

Eyni zamanda, kimlər gələcəkdə namizədlərimiz üçün imzalar toplayacaqlar,  bunların treninqləridir və sair, bu istiqamətdə də işlər gedir. Yəni, təxminən avqust ayının əvvəllərinə qədər bu işləri tam yekunlaşdırdıqdan sonra o namizədlərin müəyyən olunması və hansı dairələrdən irəli sürülməsi məsələsi gündəmdə olacaq".

Kamil HƏMZƏOĞLU

 





22.05.2015    çap et  çap et