525.Az

“Ey insanlar, hamınız türksünüz!” Azərbaycan dilində


 

“Ey insanlar, hamınız türksünüz!” Azərbaycan dilində<b style="color:red"></b>

“XAN” nəşriyyatında Amerika əsilli meksikalı yazar Gene D. Matlokun “Ey insanlar, hamınız türksünüz!” kitabı çapdan çıxıb.

525.az-a verilən məlumata görə, kitabın redaktoru Şəmil Sadiq, tərcüməçi isə Sara Sadıqovadır.

Əsərdə müəllif türk, Meksika və hind xalqlarının ortaq mədəniyyəti, dili və dini olduğunu tutarlı faktlarla sübut etməyə çalışıb.  Bu üç xalqın qədim dilindəki sözlərin mənşəyindən yola çıxaraq Tanrının yerə göndərdiyi ən saf millətin türklər olduğunu, onlara verilən ilahi güc və işıq vasitəsilə dünyanın saflaşdırıldığını maraqlı faktlarla təqdim edib.

“Ey insanlar, hamınız türksünüz!” tutarlı faktlara söykəndiyi üçün türkologiya, mifologiya, fəlsəfə, ilahiyyatla məşğul olan alim və gənc tədqiqatçıların stolüstü kitabı olacaq.

 





22.05.2015    çap et  çap et