525.Az

Gürcüstanda Bakı yanğınında ölənlər anılır


 

Gürcüstanda Bakı yanğınında ölənlər anılır<b style="color:red"></b>

Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı ölənlər anılır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis şəhər sakinləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Ukrayna, Rusiya, Litva və digər ölkələrdən gələn insanlar ölənlərin ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verir, onların kədər və acılarına şərik olduqlarını bildirirlər.
 
Bu gün səhər saatlarından etibarən səfirlik binasının qarşısından keçən insanlar faciə qurbanlarını ehtiramla anaraq səkiyə gül-çiçək dəstələri və uşaq oyuncaqları qoyurlar. 

 





22.05.2015    çap et  çap et