525.Az

Qarğanın təşəkkürü


 

Qarğanın təşəkkürü<b style="color:red"></b>

Dostumun söylədiyi nağılvari, real həyatda baş vermiş bu hadisəni dinləyəndə yerdə gəzən heyvanların, göydə uçan quşların nə qədər sevgi dolu, vəfalı, minnətdarlıq duyğusuna sahib canlılar olduğunu düşündüm.

"Həyat qısadır,
Quşlar uşur..."

- deyir Cemal Süreyya...

"Bir quş düşünür bu bağçalarda, qızıl yarpaqlı, payıza bənzər"- Əhməd Haşımın ölümündən bir neçə həftə öncə yazdığı iki misra...

"Çamaşır asılı ipte
Duran küçük serçem
Bana acıyarak mı bakıyorsun?
Halbuki ben güneşin
Ve ilk beyaz yaprakların altında
Senin uçuşunu seyredeceğim"  

- deyə yazan Məlih Cevdət Anday...

Və Tovfik Fikrətin misraları gəldi ağlıma:

"Kuşlar uçar.
Ben koşarım.
Onların kanatları var.
Benim kanadım kollarım.
Kuşlar kanadını çırpar,
Ben de kolumu sallarım.
Uçun kuşlar, uçun kuşlar,
Hepinizle yarışım var".

İnsanlarla quşların eyni duyğuya sahib olduğunu dostumun söylədikləri çox gözəl isbat edirdi.

Yaz aylarında hər gün evin aynabəndinə qonan qarğaya yem və su verən ev sahibəsi oturub onu izləyərkən böyük zövq alırdu. Qarğa yemini bitirib suyunu içəndən sonra uçub gedirdi. Həm ev sahibəsi, həm də qarğa üçün vərdişə çevrilən və axşamüstü bərabər yaşadıqları an da uçub gedirdi.

Amma bir axşamüstü ev sahibəsi hər zamankı saatda aynabəndə çıxanda gördüklərinə təəccübləndi. Sonra qorxdu. Çünki o belə bir şey almamışdı.

"Rolex" markalı bahalı bir saat...

Saat balkona qoyulmuş ağacdan hazırlanan köhnə masanın üstündə par-par parıldayırdı. Amma bu gün heç kim ona baş çəkməyə gəlməmişdi. Sanki kimsə qolundan saatını çıxarıb masanın üstünə qoymuşdu. Sonra da unudub getmişdi...

Ətrafına baxır. Sevimli qarğası zil qara gözləriylə onu izləyir. Bir anlıq göz-gözə gəlirlər. Sürətlə qanadını çırpan sevimli qarğası bir dəfə də baxaraq uçub gedir.

Ev sahibi elə o anda içəri keçir. Üst-başını dəyişib Böyükada Bələdiyyəsinə gedir. Başına gələnləri danışıb kömək istəyir.

Kim bilir kimin saatıdır?

Bələdiyyə sədri saatla bağlı afişada elan verir: "Saatın sahibi axtarılır!"

Bir neçə gündən sonra bir xanım bələdiyyəyə gəlir. Saatın sahibi olduğunu bildirir. "Bəli saat çox bahalıdır, mənəvi cəhətdən də mənim üçün hər şeydən daha dəyərlidir. Çünki onu mənə rəhmətlik atam hədiyyə etmişdi" deyir.

Saatın necə səyahət etdiyi isə sonradan məlum olur.

Saatını fincanın yanına qoyaraq zəng çalan telefonun yanına qaçan xanım əslində saatın itməsini o an hiss etmişdi. Amma o saatı evə girmədən kim götürə bilərdi ki...

Artıq məsələ bəlli olmuşdu...

Qarğaların ən ağıllı canlılardan biri olduğunu bildirirlər. Həqiqətən də bu doğrudur.

Qarğa onu bəsləyən və onu sevən ev sahibəsinə qarşı vəfa borcunu ödəyərək təşəkkür etmək istəyibmiş. Masanın üstündəki saatı götürüb ona qayğı göstərən ev sahibəsinə gətirir. Sevgisini və minnətdarlığını belə ifadə edir.

Unudulan sözlərin, itirilən digər dəyərlərin, sevginin, ehtiramın yox olduğu dünyamızda biz insanlara bu çox gözəl bir dərsdirmi deyim, yoxsa ibrətamiz bir hadisədirmi?

"Quşlar təbiət adlı ananın çalğıçılarıdır" deyir Gavin Duglas...

"Həyat qısa,
Quşlar uçur..."

 - deyə yazır Cəmal Sürəyya.

Quşlar uçur. Amma uçarkən də yalnız təbiətə deyil, insanoğlunun həyatına rəng qatır..."

 





22.05.2015    çap et  çap et