525.Az

Abid Şərifov yanğın baş verən ərazidə olub


 

Abid Şərifov yanğın baş verən ərazidə olub<b style="color:red"></b>

Baş nazirin müavini, Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən əraziyə gedib.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, o, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla birlikdə əraziyə baxış keçirib, binada təmir-bərpa işlərinə hazırlıqla bağlı göstərişlər verib.
 
Qeyd edək ki, binanın bərpa olunması ilə bağlı qərar qəbul edilib. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.
 
Onu da qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən  çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

 





22.05.2015    çap et  çap et