525.Az

"Hürriyet” Ərdoğanı təhqir etdiyinə görə cərimələnib


 

"Hürriyet” Ərdoğanı təhqir etdiyinə görə cərimələnib<b style="color:red"></b>

Ankara məhkəməsi “Hürriyet” qəzetini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 20 min lirə məbləğində cərimələyib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  2014-cü ilin avqustunda nəşrdə dərc olunan məqalədə prezidentin ünvanına korrupsiya ittihamları yer alıb.
 
Ərdoğanın vəkillərinin iddiasına əsasən, söz azadlığının çərçivəsindən kənara çıxan bu ittihamlar insan haqlarına qəsd və təhqirdir. Bu baxımdan mənəvi zərərə görə “Hürriyet” qəzetindən 100 min lirə kompensasiya tutulması tələbi irəli sürülüb. Nəşrin  vəkilləri, öz növbəsində, ittihamları rədd edib. 
 
Hakim iddia tələbinin qismən təmin edərək qəzeti 20 min lirə məbləğində cərimələyib.
 
Məhkəmənin qərarına əsasən, cərimə direktorlar şurasının sədri Vüslat Doğan Sabancı və məqalənin müəllifi Mehmet Qılmaz tərəfindən ödənilməlidir. 

 





22.05.2015    çap et  çap et