525.Az

Elnur Hüseynov "Eurovision 2015"in finalında


 

Elnur Hüseynov "Eurovision 2015"in finalında<b style="color:red"></b> Vyanada "Eurovision 2015" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
 

APA-nın  məlumatına görə, Azərbaycan təmsilçisi  Elnur Hüseynov "Hour of the Wolf" mahnısnı uğurla ifa edərək finala keçib.
 
Azərbaycanla yanaşı birinci yarımfinaldan yekun mərhələyə Litva, Polşa, Sloveniya, İsveç, Norveç, Montoneqro, Kipr, Latviya və İsrail keçib.
 
Qeyd edək ki, Elnur Hüseynov mahnı müsabiqəsinin ikinci hissəsində çıxış edəcək.
 
“Eurovision”ın final mərhələsi  mayın 23-də baş tutacaq.
 
 
Xatırladaq ki, birinci yarımfinalda Rusiya, Albaniya, Serbiya, Rumıniya, Belarus, Yunanıstan, Estoniya, Macarıstan, Gürcüstan və Ermənistan finala vəsiqə qazanıb.
 
Qeyd edək ki, Avstriya, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Avstraliya və İspaniya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir.
 





22.05.2015    çap et  çap et