525.Az

"Gürcüstan vә Ukrayna bütün meyarlara әmәl etsә..."


 

"Gürcüstan vә Ukrayna bütün meyarlara әmәl etsә..."<b style="color:red"></b>

“Ölkәlәr arasında fәrqliliklәr olsa da, bu gün bütün tәrәfdaş ölkәlәrlә әlaqәlәr bizim üçün vacibdir".

APA-nın Riqaya ezam olunmuş müxbirinin verdiyi mәlumata görә, bu sözləri “Şәrq tәrәfdaşlığı” sammitinin plenar iclası öncәsi açıqlamasında Avropa İttifaqının xarici әlaqәlәr üzrә ali nümayәndәsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini deyib.
 
F. Mogerini xatırladıb ki, layihәyә qoşulan 3 ölkə ilә assosiasiya sazişi imzalanıb:
 
“Digәr 3 ölkә ilә әmәkdaşlığın bir sıra sahәlәri üzrә tәrәfdaşlığı dәrinlәşdirmişik. Bu gün tәrәfdaşlığımız әla sәviyyәdә olmasa da, hәr iki tәrәf üçün faydalıdır”.
 
Latviyanın baş naziri Laimdota Strauyuma isə “Şәrq tәrәfdaşlığı” layihәsinin güclü layihә olduğunu bildirib.

O qeyd edib ki, bu layihә әmәkdaşlıq layihәsidir vә kimәsә, yaxud nәyәsә qarşı yönәlmәyib:

“Sammitdә ticarәt, mobillik, iqtisadiyyat vә digәr mәsәlәlәr müzakirә olunacaq. Avropa Komissiyası ilin sonuna kimi layihә ilә bağlı hesabat tәqdim edәcәk. Gürcüstan vә Ukrayna bütün meyarlara әmәl etsә, gәlәn ildәn onlar üçün vizasız rejim tәtbiq edilә bilәr”.

 





22.05.2015    çap et  çap et