525.Az

I Avropa Oyunlarının məşəli Ucarda


 

I Avropa Oyunlarının məşəli Ucarda<b style="color:red"></b>

Birinci Avropa Oyunlarının məşəli Şəmkir rayonundan sonra bu gün Ucar rayonuna gətirilib.

APA-nın yerli bürosunun məlumatına görə, yarışın rəmzinin yürüşünə saat 14:00-da şəhər mərkəzində yerləşən Koroğlu küçəsində start verilib.
 
Avropa Oyunlarının simvolik qapısında məşəli rayonun fəal gənci Tağı Məmmədov qəbul edib. Bakı-2015-in rəmzini daşımaq üçün 10 gənc estafetə qoşulub və onlar məşəli bir-birinə ötürərək, şəhərin Heydər Əliyev prospektindən keçib. Məşəlin qarşılanma mərasimi Heydər Əliyev parkında tamamlanıb.

Ardınca məşəli məşqçi-idmançı Seymur Quliyev qəbul edərək, parkda quraşdırılmış səhnəyə qalxıb və çırağı alovlandırıb. Daha sonra yarışın simvolu sayılan çırağı şahmatçı Süsən Məmmədova Heydər Əliyev mərkəzinə təhvil verib. Bakı-2015-in rəmzi Avropa Oyunlarının sonuna kimi burada saxlanılacaq.
 
Məşəl Ucar rayonundan sonra Göyçay rayonuna aparılıb.

 





21.05.2015    çap et  çap et