525.Az

ADİU tələbəsi qalib oldu


 

ADİU tələbəsi qalib oldu<b style="color:red"></b> Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun startap layihəsi olan sinaqimtahanı.net – “Özünü sına” layıhəsi NETTY 2015 Azərbaycan Milli İnternet Mükafatını qazanıb.

Universitetdən 525.az-a verilən məlumata görə, səs çoxluğu ilə ikinci yerə layiq görülən “Özünü sına” layihəsinin missiyası istifadəçilərin intellektual potensialının aşkar olunması və inkişaf etdirilməsidir.

Qeyd edək ki, ölkə universitetləri arasında ilk dəfə İqtisad Universitetində tətbiq olunan “Özünü sına” onlayn sınaq imtahanı portalı ADİU-nun İnformatika və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir.
 





21.05.2015    çap et  çap et