525.Az

Niderland və İsveç krallarından təbrik məktubarı


 

Niderland və İsveç krallarından təbrik məktubarı<b style="color:red"></b>

Niderland kralı Villem-Aleksandr Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Niderland kralının məktubunda deyilir:
 
“Cənab prezident, mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, sizə və dost Azərbaycan xalqına daha firavan gələcək naminə ən xoş arzularımı çatdrıram”.
 
İsveç kralı XVI Karl Qustav da İ. Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. Onun məktubunda deyilir:
 
“Hörmətli cənab prezident, Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə ən xoş istəklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

 





21.05.2015    çap et  çap et