525.Az

Rusiya və Avropa İttifaqı: ümumi strategiya axtarışında


 

Rusiya və Avropa İttifaqı: <b style="color:red">ümumi strategiya axtarışında</b>

"Şərq tərəfdaşlığı"nın 2013-cü ilin noyabr ayında Vilnüsdə keçirilən sammitindən sonra Şərqi Avropada baş vermiş hadisələr Rusiya ilə Avropa İttifaqının münasibətlərində bir sıra problemlərin qaldığını təsdiqlədi. İlk növbədə birgə yaşayış modelinə yanaşmada fikir ayrılıqları qalmaqdadır. Bundan başqa, qarşılıqlı inam da yoxdur.

Sammitdə Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişin imzalanması ilə bağlı planlar baş tutmasa da, onlar həm Brüsselin, həm də Moskvanın Kiyevlə yaxınlaşmaqda maraqlı olduğunu göstərdi. Hər iki tərəfin sonralar qəbul etdikləri qərarlar və Ukraynada hadisələrin sonrakı inkişafı regionda gərginlik yaratdı və iki inteqrasiya nüvəsi arasında antaqonizmi daha da dərinləşdirdi.

Eyni zamanda, tərəflərdən heç biri qarşılıqlı təsirlərdən imtina etməyə və bəzi ekspertlərin bəyan etdiyi kimi, "soyuq müharibə"yə qayıdışı etiraf etməyə hazır deyil. Hər iki tərəfdən hərdən göndərilən siqnallar belə bir fikir yürütməyə əsas verir ki, Aİ ilə Rusiya arasındakı münasibətlərdə mövcud vəziyyət ikitərəfli qarşılıqlı münasibətlərdə yeni mexanizm və təsisatların işlənməsinə təkan verə bilər.

Keçən il Ukraynadakı böhranla əlaqədar hər iki tərəfin diplomatik və siyasi manevrləri ili oldu. Bu zaman siyasətçilərin və ekspertlərin diqqəti sürətlə dəyişən vəziyyətə operativ, taktiki reaksiya göstərmək məsələsi üzərində cəmləşmişdir. Bu arada münasibətlərin inkişaf perspektivlərini qiymətləndirmək üçün bir addım geriyə ataraq təməl maraqlar baxımından kompromis tapılması nöqteyi-nəzərindən qarşılıqlı təsirlərin qurulması perspektivlərinə nəzər salmaq faydalı olardı. Ukraynada böhranın ilk mərhələlərində, tərəflər arasında əvvəllər latent olan fikir ayrılıqlarının daha qabarıq üzə çıxdığı dövrdə buna cəhd edilmişdir. Sonralar qarşıdurmanın dinamikası cəlb olunmuş tərəflərin və ekspert birliyinin də diqqətini bu aktual problemə yönəltdi.

Vilnüs sammiti mövzusunda Rusiya ekspertlərinin diskursunda Aİ ilə Rusiyanın münasibətlərində mövcud olan əsas problemlərin müəyyənləşdirilməsini qeyd etmək olar. Əsasən aşağıdakı məsələlər müzakirə olunur. Birincisi, Ukraynaya təsir göstərən iki mərkəzin geosiyasi rəqabəti. Bu rəqabət postsovet məkanında Avrasiya və Avropa inteqrasiya modelləri arasında rəqabətdə öz ifadəsini tapır. Bu rakursda Ukrayna böyük siyasətin obyekti kimi nəzərdən keçirilir. İki subyektin mübarizəsində alət kimi Kiyevə verilən maliyyə subsidiyaları və kreditlər çıxış edir. Aİ öz xüsusi qaydaları olan yetkin inteqrasiya forması kimi qavranılır. Bu qaydaları qəbul etmək də olar, onlardan imtina edib kənarda da qalmaq da. Rusiyamərkəzli Avrasiya alternativi gələcək prinsip və qaydaların birgə işlənməsini nəzərdə tutur.

Diskursun ikinci mövzusu hadisələrin simvolik əhəmiyyətini əks etdirir. Ukrayna Rusiya ilə yaxınlıq etdiyi postsovet dövründə hələ ki, qeyri-müəyyən olan, amma çox güman ki, Aİ ilə bağlı yeni mərhələ arasında seçim edən subyekt kimi nəzərdən keçirilir. Bu, həm də liberal və daha mühafizəkar iki müxtəlif dəyər arasında da seçim etmək deməkdir.

Müzakirələrin üçüncü mövzusu "Ümumi Avropa" ("Böyük Avropa") konsepsiyasının reallaşdırılması perspektivlərinin qiymətləndirilməsi ilə bağlıdır. Bu konsepsiya həm Rusiya, həm də Aİ-nin diplomat və ekspertlərinə yaxındır. Bu cür diskussiya çərçivəsində Ukraynadakı vəziyyət daha geniş ictimai-siyasi kontekstdə nəzərdən keçirilir. "Ümumi Avropa"nın qurulması

 





21.05.2015    çap et  çap et