525.Az

Mirzə Ələkbər Sabir Fondunun yeni layihəsinin təqdimatı olub.


 

Mirzə Ələkbər Sabir Fondunun yeni layihəsinin təqdimatı olub.<b style="color:red"></b>

Fondun prezidenti Sevda Tahirli təmsil etdiyi qurumun aprel ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” adlı layihənin icrasına başladığını söyləyib.
 
Layihənin məqsədi mətbuatda, televiziya və radioda, eləcə də ayrı-ayrı reklam çarxlarında Azərbaycan dilinin qayda-qanunlarının qorunması, düzgün yazılış və deyiliş qanunlarının həyata keçirilməsidir.

Əvvəlcə təqdim olunmuş videogörüntüdə şəhərdəki pərakəndə satış obyektlərində, firmalarda ədəbi yazı dilinin pozulduğu, eləcə də bəzi televiziya və radio verilişlərində şifahi dilin normalarının gözlənilmədiyi məqamlar nümayiş etdirilib.

Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsir Əhmədli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni və digər çıxış edənlər dilimizin qorunmasının vacibliyini vurğulayıblar. Mətbuatda orfoqrafiya və orfoepiya qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb.

Bakı Dövlət və Azərbaycan Dövlət Pedaqoji universitetlərinin Filologiya fakültələrinin tələbələrinin iştirak etdikləri tədbirdə təkliflər və iradlar dinlənilib.

S.ABDULLAYEVA

 





25.04.2015    çap et  çap et