525.Az

İsmayıllının icra başçısı olimpiada qalibləri ilə görüşüb


 

İsmayıllının icra başçısı olimpiada qalibləri ilə görüşüb<b style="color:red"></b>

Aprelin 18-20-də Bakıda keçirilən fənn olimpiadalarının final mərhələsində İsmayıllı rayonundan beş şagird qaliblər sırasında yer alıb. Onlar gümüş və bürünc medallar qazanıblar.

Xankənd tam orta məktəbin IX sinif şagirdi Cəmilə Məmmədova coğrafiya fənni üzrə gümüş,  Cülyan kənd tam orta məktəbin X sinif şagirdi Taleh Ağayev tarix fənni üzrə gümüş, Şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi Ağalətif Lətifov biologiya fənni üzrə bürünc, Şəhər 6 saylı tam orta məktəbin XI sinif şagirdi Ülvi Məmmədli tarix fənni üzrə bürünc, Lahıc qəsəbə tam orta məktəbin IX sinif şagirdi Vahab Cəbrayılov riyaziyyat fənni üzrə bürünc medala layiq görülüblər.

İsmayıllı Rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov olimpiadada nailiyyət qazanmış şagirdlərlə görüşüb.

O, ölkə prezidenti İlham Əliyevin təhsil sisteminin inkişafı ilə bağlı gördüyü işlərdən, bu sahəyə dövlətin qayğısından danışıb.

Qaliblərə gələcəkdə daha yüksək uğurlar arzulayan M.Sadıqov onları qiymətli hədiyyələrlə mükafatlandırıb.

 





25.04.2015    çap et  çap et