525.Az

Ziyad Səmədzadə: “Ədalət zəfər çalacaq”


 

Ziyad Səmədzadə: “Ədalət zəfər çalacaq”<b style="color:red"></b>

Millət vəkilləri parlamentin dünən keçirilmiş komitə iclasında Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı öz fikirlərini bildiriblər.

Parlamentin İqtisadi siyasət komitəsinin aprelin 24-də keçirilən iclasında komitə üzvləri iclasın gündəliyindəki məsələlərin müzakirəsinə keçməzdən öncə uydurma “erməni soyqırımı”nın, eləcə də,  Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı danışıblar.

Adıçəkilən komitənin sədri, akademik  Ziyad Səmədzadə bildirib ki, Çanaqqala zəfərinin 100 illiyi və onunla bağlı Türkiyədə yüksək səviyyəli tədbirin keçirilməsi çox böyük tarixi hadisədir.

“Bildiyiniz kimi, bu gün onlarla dövlət başçısının iştirakı ilə Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbir keçirilir.
 
Çox sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də  həmin tədbirə qatılıb. Başqa cür də ola bilməz. Çünki Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir. 

Düzdür, ermənilər azğıncasına, qudurğancasına neçə illərdir Azərbaycanın,Türkiyənin əleyhinə fəaliyyət göstərir, dünyaya olmayan uydurma soyqırımını sırımağa çalışır,  bunlar azmış kimi, Azərbaycan torpaqlarının bir hissəsini hələ də işğalda saxlayırlar, amma bunlar da gəlib keçəcək. Ədalət gec-tez öz yerini tutacaq, ədalət zəfər çalacaq. Həm Azərbaycanın, həm Türkiyənin iqtisadi gücü daha da artdıqca, qüdrətləndikcə, eyni zamanda, inteqrasiya prosesləri qüvvətləndikcə, haqq qalib gələcək, dünya ermənilərin kim olduğunu daha gözəl anlayacaq və bir daha onların yalanlarına inanmayacaq”.

Sözügedən komitənin üzvü Vahid Əhmədov da Çanaqqala zəfərinin Türkiyənin, türk dünyasının tarixində böyük bir hadisə olduğunu vurğulaylıb.

“Azərbaycan xalqı, Azərbaycan dövləti də hər zaman türk xalqının, Türkiyənin yanında olub və bundan sonra da olacaq. Bu iki dövləti heç bir qüvvə heç zaman bir-birindən ayıra bilməyəcək. Bu gün Türkiyədə onlarla dövlət rəhbərinin iştirakı ilə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunur.

Eyni zamanda, Ermənistanda uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbir keçirilir. Baxmayaraq ki, Rusiya Federasiyasının və Fransanın prezidentləri Yerevandakı tədbirə qatılıblar, amma 30-a yaxın ölkənin, xüsusilə də,  dünyanın aparıcı ölkələrinin rəhbərləri Türkiyədəki tədbirə qatılıblar. Bu, onu göstərir ki, Türkiyə doğru, düzgün yoldadır. Dünya ermənilərin yalanlarına deyil, Türkiyənin həqiqətlərinə inanır.

Düzdür, son zamanlar ermənipərəst dairələrin havadarlığı ilə bəzi ölkələr, beynəlxalq təşkilatlar uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarlar qəbul edirlər, amma bir gün gələcək ki, onlar həqiqəti etriaf etmək məcburiyyətində qalacaqlar və əsl soyqırımı faktlarını, xüsusilə də Xocalı qətliamını soyqırımı aktı kimi tanıyacaqlar”.

Kamil HƏMZƏOĞLU

 





25.04.2015    çap et  çap et