525.Az

“Böyüməyən uşaqlar“ Nyu-Yorkda sərgilənəcək


 

“Böyüməyən uşaqlar“ Nyu-Yorkda sərgilənəcək<b style="color:red"></b>

Modern.az saytının baş redaktoru və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının Xocalıda hər iki valideyinlərini itirən uşaqlardan bəhs edən “Böyüməyən uşaqlar “ kitabı Nyu-York kitab sərgisində təmsil olunacaq.

Bu haqda Modern.az-a Almaniyadakı  Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Toğrul Əziz məlumat verib.

Onun sözlərinə görə, 4 dildə işıq üzü görən kitabın ingilis və alman dillərindəki versiyaları dünyanın ən böyük kitab sərgisi olan Nyu-York kitab sərgisində Xocalı faciəsini təbliğ edəcək:

“Elşad Eyvazlının “Böyüməyən uşaqlar “ kitabı may ayının son həftəsində Nyu-Yorkda keçiriləcək kitab sərgisində Azərbaycanı təmsil edəcək.

Kitabın təbliği ilə bağlı foto və videolor çap olunduğu nəşriyyat tərəfindən hazırlanıb Almaniyadakı Azərbaycan Mərkəzinə təhvil veriləcək”.

 





25.04.2015    çap et  çap et