525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Aprelin 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək, havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz saatlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə isə 15 dərəcə isti olacaq.
 





25.04.2015    çap et  çap et