525.Az

VI Müasir Musiqi Festivalı başa çatıb


 

VI Müasir Musiqi Festivalı başa çatıb<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalı başa çatıb.

APA-nın məlumatına görə, festivala Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yekun vurulub.
 
Festivalın bağlanış mərasimində Fəridə Məmmədova, Nadya Zelyankova, Sergey Malinin və Andrey Kaplanov çıxış ediblər.
 
Musiqi əsərlərini xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Rusiyanın “Questa musica” ansamblı ifa edib.
 
Qeyd edək ki, beş gün davam edən festival çərçivəsində opera janrında XX əsrin sonlarında bəstələnmiş iki əsərin videonümayişi olub, Muzey Mərkəzində “XX-XXI əsrin vokal musiqisinin nəzəri problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
 





25.04.2015    çap et  çap et